Menu

Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru tutulub - FOTO

11.11.2016, 15:16
Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru tutulub - FOTO

Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru Akın Atalay tutulub. “Report” "Haber-7"yə istinadən xəbər verir ki, son günlər Almaniyada olan A.Atalay ölkəyə qayıdan zaman İstanbulun hava limanında saxlanılıb.

Polis onun hava limanını tərk etməsinə imkan verməyib.

Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları noyabrın 5-də “Cümhuriyet” qəzetinin rəhbərliyi və yazarlarına qarşı əməliyyat keçirib. Onlar PKK-KKC (terrorçu PKK qruplaşması və “Kürdüstan İctimaiyyəti İttifaqı" - “Report”) və Fətulahçı Terror Təşkilatı (FETÖ) - “Report” ) terrorçu qruplaşmaları ilə əməkdaşlıq etməkdə və onların xeyirinə təbliğat aparmaqda ttiham olunurlar.

"Cümhuriyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol