Menu

Təlim zamanı Azərbaycan Ordusunun 2 əsgəri xəsarət alıb

03.05.2014, 10:08
Təlim zamanı Azərbaycan Ordusunun 2 əsgəri xəsarət alıb

Cəbhə bölgəsində təlim zamanı Azərbaycan Ordusunun 2 əsgəri yüngül xəsarət alıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə cəbhə bölgəsində yerləşən təlim mərkəzində baş verib.

Mayın 2-də saat 19:00 radələrində cəbhə bölgəsində yerləşən təlim mərkəzində 2 hərbi qulluqçu - əsgər Əhlimanlı Mahir Ərşad oğlu və əsgər Əliyev Pərviz Həsən oğlu təlim zamanı yüngül xəsarət alıb.

Hərbi qulluqçulara dərhal müvafiq tibbi yardım göstərilib.

Vəziyyətləri kafidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol