Menu

Nazirlik müəllimlərin kreditə görə hədələnməsindən məlumatsızdır

11.11.2016, 16:54
Nazirlik müəllimlərin kreditə görə hədələnməsindən məlumatsızdır

Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa, onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb.

Bu haqda Modern.az-a məlumat verən iqtisadçı Vüqar Bayarmov deyib ki, müştəri müəllim kimi çalışdığından bankdan onun barəsində Təhsil Nazirliyinə məlumat veriləcəyilə hədələyirlər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

O deyib ki, bununla bağlı kommersiya bankları tərəfindən Təhsil Nazirliyinə hər hansı müraciət daxil olmayıb:

“Bu barədə ilk dəfə sizdən eşidirəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol