Menu

Səyyad Aran Dini Komitəyə sədr gətirilir - AÇIQLAMA

03.05.2014, 13:18
Səyyad Aran Dini Komitəyə sədr gətirilir - AÇIQLAMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədrliyinə Səyyad Aran gətirilir. Komitənin adının açıqlanmasını istəməyən əməkdaşı Publika.az-a deyib ki, S. Aranla bağlı dövlət başçısına təqdimat gedib.

Ən diqqət çəkən məqamsa komitənin millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın nəzarətinə verilməsidir.

“Sədr Səyyad Aran gətirildikdən sonra komitədə işlərə yuxarıdan, birbaşa müşavir tərəfindən nəzarət olunacaq”-deyə mənbə bildirib.

Səyyad Aran isə bildirib ki, proseslərdən xəbərsizdir:“Mən Ağsuda dini maarifləndirmə işlərini aparırdım. Hazırda yol gəlirəm, heç nədən xəbərim yoxdur. Bütün bunlarla bağlı sonra danışacam”.

Qeyd edək ki, Səyyad Aran YAP-ın qurucularındandır. O, mərhum prezident Heydər Əliyevin ən yaxın silahdaşlarından olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol