Menu

İSRAİL AZANA QADAĞA QOYUR - Netanhayu “səs-küy salır” dedi...

14.11.2016, 15:48
İSRAİL AZANA QADAĞA QOYUR - Netanhayu “səs-küy salır” dedi...

İsrail Knesseti “səs-küy” yaratması səbəbi ilə azanı qadağan etməyi nəzərdə tutan qanun layihəsini səsverməyə çıxaracaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Binyamin Netanyahu da dünən verdiyi yazılı açıqlamasında azanın “səs-küy salaraq insanları narahat etdiyini” iddia edərək onu qadağan edən layihəni dəstəklədiyini bildirib.

Ərəb millət vəkilləri isə məscidlərdə azan oxunmasına qadağa qoyulmasına etiraz ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol