Menu

Ermənstanın baş nazir ilk dəfə Moskvaya səfər edəcək

14.11.2016, 22:17

karapetyanOnun səfəri iki gün sürəcək

Ermənistanın baş naziri Karen Karapetyan başçılıq etdiyi nümayəndə heyəti noyabrın 16-17-si tarixlərində Rusiya paytaxtı Moskvaya işgüzar səfər edəcək.

"Report" Ermnistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, K.Karapetyan və başçılıq etdiyi nümayəndə heyəti Avrasiya İqtisadi İttifaqı hökumətlərarası şurasının iclasında iştirak edəcək.

Qeyd edək ki, bu Karen Karapetyanın Ermənistanın baş naziri kimi Moskvaya ilk səfəridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol