Menu

Putin və Merkel arasında telefon danışığı olub

14.11.2016, 23:05
Putin və Merkel arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Məlumata görə, tərəflər Donbasda atəşkəs rejiminin davamlı şəkildə pozulmasından narahatlığını bildiriblər.

Söhbət zamanı həmçinin Suriya böhranının nizamlanması və bir sıra ikitərəfli məsələlərə toxunulub.

“Almaniya kansleri ilə danışıq zamanı Vladimir Putin Rusiya qazının Ukrayna ərazisi ilə Avropa istehlakçılarına tranzitini müzakirə edib”, Kremlin məlumatında bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol