Menu

Bakıda yük avtomobili yeniyetmənin üstündən keçdi

15.11.2016, 09:55
Bakıda yük avtomobili yeniyetmənin üstündən keçdi

Bakıda yolu keçmək istəyən 14 yaşlı oğlanı yük avtomobili vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, "Shacman" markalı avtomobil 2002-ci il təvvəllüdlü Səid Eyvazovu vuraraq üstündən keçib. S.Eyvazov "Təcili yardım" maşını ilə xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol