AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ankara artıq gələn il «Avropa İttifaqına can atmaq lazımdırmı?» sualı ilə referendum keçirə bilər. Bu bəyanatla bazar ertəsi Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib.
«Siz deyirsiniz ki, Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması barədəki danışıqları dayandıracaqsınız. Yubanmadan qərar qəbul edin. Mən, Prezident olaraq bəyan edirəm ki, biz ilin axırına qədər dözəcəyik. Sonra referendum keçirəcəyik. Bir halda ki, suverenlik xalqın iradəsindən asılıdır, gəlin xalqdan soruşaq» - deyə, «Hürriyət» qəzeti Prezidentdən sitat gətirir.
Prezident ölkədə ölüm hökmünün mümkün bərpasından da söhbət açıb. O, qeyd edib ki, əgər parlamentdən keçsə, bu barədə qanunu imzalayacaq. Ərdoğan onu da istisna etməyib ki, bu məsələ barədə də qərar çıxarmaq ümumxalq səsverməsi ilə həll olunucaq. Baxmayaraq ki, ölüm hökmünün geri qayıdışı Türkiyənin Aİ-a daxil olması imkanlarını istisna edir.
«Siz, kimsiniz, cənab Şults? (Avroparlamentin sədri Martin Şults - red.). Siz, Avropa parlamentinin bışçısısınız. Nə vaxtdan bəri siz, səlahiyyət almısınız ki, Türkiyənin əvəzindən məsələ həll edəsiniz? Sizin kimilər - 53 il ərzində Türkiyəni Aİ-a qəbul etməkdən boyun qaçıranlar - bizim əvəzimizdən necə qərar qəbul edə bilərlər?» - deyə, Ərdoğan bəyan edib.


Şərhlər