Menu

2017-ci il üzrə büdcə zərfi Milli Məclisə təqdim olunub

15.11.2016, 17:03
2017-ci il üzrə büdcə zərfi Milli Məclisə təqdim olunub

Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisə təqdim olub.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya bildirib ki, büdcə zərfi əvvəlcə komitələrin iclasında müzakirə olunacaq, sonra isə plenar iclasa çıxarılacaq.

Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol