Menu

Salyanda 44 yaşlı kişi bıçaqlanıb

15.11.2016, 20:52
Salyanda 44 yaşlı kişi bıçaqlanıb

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün Ələt-Astara avtomobil yolunun üstündəki “Ay işığı” ticarət obyektinin yaxınlığında qeydə alınıb.

Belə ki, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 15 ünvanında yaşayan, sürücü işləyən 44 yaşlı Ağalı Mirağa oğlu Hüseynov mübahisə zəminində həmkarı tərəfindən bıçaqlanıb. Sol yanaq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. O, daha sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol