Menu

Türkiyə ordusu Suriyanın şimalında yaraqlıların mövqelərini atəşə tutub

15.11.2016, 23:50
Türkiyə ordusu Suriyanın şimalında yaraqlıların mövqelərini atəşə tutub

Türkiyə ordusunun dəstələri çərşənbə günü Suriyanın şimalında Əl-Bab şəhərində yaraqlıların mövqeyini atəşə tutub. “RİA Novosti” xəbər verir ki, bu barədə Livanın “Əl-Manar” telekanalı məlumat yayıb.

Onun məlumatına görə, atəş artilleriya və raket qurğularının tətbiqi ilə həyata keçirilib.

Türkiyə ordusu avqustun 24-də “İslam dövləti” (İŞİD) terror qruplaşmasına qarşı “Ərəfat qalxanı” əməliyyatına başlayıb. Suriya müxalifətinin dəstəyi ilə Suriyanın şimalında Carablus şəhərinə nəzarəti ələ keçirdi, hazırda cənubi-qərb istiqamətində irəliləməyə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol