Menu

Poroşenko və Tramp ikitərəfli görüş barədə razılığa gəlib

16.11.2016, 01:12
Poroşenko və Tramp ikitərəfli görüş barədə razılığa gəlib

Ukrayna prezidenti Trampı prezident seçilməsi münasibəti ilə təbrik edib

Ukrayna prezidenti Pyotr Poroşenko telefon söhbəti zamanı Donald Trampı ABŞ prezidenti postuna seçilməsi münasibəti ilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Poroşenko və Tramp ikitərəfli görüş barədə razılığa gəlib.

Ukrayna dövlətinin başçısı Birləşmiş Ştatların yeni seçilmiş prezidentini uyğun vaxtda ölkəsinə səfərə dəvət edib.

"Poroşenko Rusiya təcavüzünə qarşı müqavimət göstərməsi və zəruri islahatların aparılması məsələsində Vaşinqtonun Ukraynanı qətiyyətlə dəstəkləməyi davam etdirməsinin vacib olduğunu vurğulayıb", - deyə məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol