Menu

Konqres İrana qarşı sanksiyaların daha 10 il uzadılmasını dəstəklədi

16.11.2016, 09:24
Konqres İrana qarşı sanksiyaların daha 10 il uzadılmasını dəstəklədi

ABŞ Nümayəndələr Palatası İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib. Cəmi bir nəfər sənədin əleyhinə çıxış edib. Qanun layihəsi təsdiqlənməsi üçün Konqresin yuxarı palatasına – Senata təqdim ediləcək.

Yeni layihə dekabrın 31-də qüvvədən düşəcək hazırkı qanunla eynidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol