Menu

Polis məmuru Rza Zərrabdan 1 milyon istəyib

04.05.2014, 11:09
Polis məmuru Rza Zərrabdan 1 milyon istəyib

Türkiyədə rüşvət əməliyyatı zamanı həbs edilən, daha sonra azadlığa buraxılan Rza Zərrab Təhlükəsizlik Müdirinin ondan 1 milyon dollar istədiyini iddia edib. "Axar.az" xəbər verir ki, hazırlanan hesabatda Orxan İncənin qanunsuz əməlləri də ifşa edilib.

İki polis Baş müfəttişi tərəfindən hazırlanan araşdırma hesabatı prokurorluğa göndərilib. Hesabatda İncənin korrupsiyaya qarışdığı, vəzifəsindən sui-istifadə etdiyi qeyd edilib.

Rza Zərrab ifadəsində Orxan İncə ilə Qapalıçarşıda tanış olduğunu, aparılan işlər zamanı ondan 100 min dollar pul istədiyini, ancaq bunu rədd etdiyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol