Menu

"Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-sabitdir" - Bricit Brink

17.11.2016, 20:47
"Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-sabitdir" - Bricit Brink

Münaqişənin nizama salınmasının Ermənistan üçün də müsbət nəticəsi olacaq

"Aprel hadisələri Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvonun qeyri-sabit olduğunu göstərdi."

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfirliyində jurnalistlərlə görüş zamanı ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.

"Biz hesab edirik ki, status-kvo qeyri-sabitdir", - deyə Bricit Brink söyləyib.

O, danışıqların bərpa edilməsi və etimadın möhkəmləndirilməsi üzrə işlərin aparılmasının vacibliyini vurğulayıb.

"Münaqişənin nizama salınmasının Ermənistan üçün də müsbət nəticəsi olacaq", - deyə B.Brink xüsusi vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol