Menu

«Ulyukayevin həbsi ölkənin iqtisadi siyasətinə təsir etməyəcək»

17.11.2016, 21:35
«Ulyukayevin həbsi ölkənin iqtisadi siyasətinə təsir etməyəcək»

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Aleksey Ulyukayevin həbsi ölkənin iqtisadi siyasətinə təsir göstərməyəcək.

«Ulyukayevin saxlanması çətin ki, ölkədə iqtisadi siyasətin dəyişməsi ilə hər-hansı formada assosiasiya təşkil etsin» - deyə, «İnterfaks» agentliyi Peskovdan sitat gətirir.

«Üstəlik də ölkənin strateji inkişafı məsələləri prezidentin kompetensiyasındadır» deyə, mətbuat katibi əlavə edib.

Peskov həm də həbs olunmuş və Prezident tərəfindən vəzifədən azad edilmiş iqtisadi inkişaf nazirinin hansısa «siyasi hücum»un qurbanı olduğunu istisna edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol