Menu

Aralıq dənizində 96 qaçqın itkin düşüb

17.11.2016, 23:26
Aralıq dənizində 96 qaçqın itkin düşüb

Qəzadan sağ xilas edilən şahidlər gəminin göyərtəsində 130 nəfərin olduğunu deyiblər

Aralıq dənizində qaçqınları daşıyan qəzaya gəmidən 27 nəfər sağ xilas edilib, 7 nəfərin meyiti sudan çıxarılıb.

"Report" "Anadolu" agentlyinə istindən xəbər verir ki, gəmi Siciliya kanalı adlanan ərazidə çevrilib.

İnformasiyaya əsasən, qəzadan sağ xilas edilən şahidlər gəminin göyərtəsində 130 nəfərin olduğunu, 96 nəfərin itkin düşdüyünü söyləyiblər.

Xəbərə görə, İtaliya Xarici İşlər Nazirliyibildirib ki, ilin əvvəlindən ölkəyə 166 min 686 qaçqın sığınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol