Menu

İdman obyektlərinin tikintisinə xərclənəcək məbləğ açıqlandı - 392 milyon...

18.11.2016, 10:55
İdman obyektlərinin tikintisinə xərclənəcək məbləğ açıqlandı - 392 milyon...

Azərbaycanda qarşıdakı 4 ildə idman obyektlərinin tikintisinə xərclənəcək vəsait açıqlanıb.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir ki, gələn il bu xərc 330 milyon 300 min manat olacaq.

2018-ci ildə xərclər 16 milyon 717 min 700 manat, 2019-cu ildə 21 milyon 734 min manat, 2020-ci ildə isə 23 milyon 931 min 100 manat təşkil edəcək.

Xərclər əsaslı vəsait qoyuluşu hesabına ödəniləcək. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol