Menu

Trampın prezident seçilməsindən sonra dünya valyutalarının vəziyyəti - CƏDVƏL

18.11.2016, 21:03
Trampın prezident seçilməsindən sonra dünya valyutalarının vəziyyəti - CƏDVƏL

dollar_avro_002Dollar möhkəmlənməyə davam edəcək

ABŞ-da bu il noyabrın 8-də keçirilən prezident seçkilərindən sonra dolların möhkəmlənməsi dünyanın əksər valyutalarının məzənnəsinə mənfi təsir göstərib.

"Report"un analitik qrupu bir neçə əsas valyutanın son 10 gündə dollarla müqayisədə vəziyyəti ilə bağlı monitorinq aparıb və bu nəticəyə gəlib ki, Britaniya funtu istisna olmaqla, bütün valyutalar devalvasiyaya məruz qalıb.

ABŞ prezidentinin açıqlamalarından sonra bu valyutalar arasında ən çox ucuzlaşan Meksika milli valyutası olub - 12,3%. Ən az devalvasiyaya məruz qalan pul vahidi isə bizim hazırladığımız cədvəldə Qazaxıstan tengesidir - 1,47%.

Britaniya funtunun bahalaşmasına səbəb "Brexit"dən sonra bu valyutanın dollarla müqayisədə 20%-dək ucuzlaşması göstərilir.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol