Menu

Telafər əldən gedir – 11 minlik qoşun qapıda

19.11.2016, 13:41
Telafər əldən gedir – 11 minlik qoşun qapıda

İran dəstəkli şiə Haşdi Şabi qüvvələri sünni türkmanların yaşadığı Telafər şəhərinə hücuma hazırlaşır. Axar.az xəbər verir ki, şəhər ətrafına ağır artilleriya və canlı qüvvə yeridən təşkilat yaxın günlərdə genişmiqyaslı hücuma keçə bilər.

Bir neçə gün öncə Haşdi Şabi qüvvələri Telafər yaxınlığında strateji hava bazasını şiddətli qarşıdurmalardan sonra ələ keçirib.

Əldə olunan məlumata görə, şiə qüvvələr şəhər mərkəzinə girmək məqsədilə dəhliz yaradacaq və 3 qoldan hücuma keçəcək.

Şəhəri nəzarətdə saxlayan İŞİD-in Mosulda olduğu kimi, küçə döyüşünə hazırlaşdığı ehtimal edilir.

İraq Kürd Regional Rəhbərliyi (İKBY) parlamentinin İraq Türkman Cəbhəsi millət vəkili Aydın Maruf 11 min nəfərlik şiə qoşunların şəhərin 3 kilometrliyinə çatdığını açıqlayıb.

Bu arada, yerli qaynaqlar Türkiyənin məsələyə müdaxilə etdiyini bildirib. Qeyri-rəsmi məlumata görə, Haşdi Şabinin Telafərə hücumunu dayandırmaq üçün Türkiyə bir qırıcı təyyarəsini bölgəyə göndərib. Haşdi Şabi hücumu dayandırmasa, Ankaranın təzyiqi artıracağı gözlənilir.

Xatırladaq ki, bölgədə məzhəb qarşıdurmasının qarşısını almağa çalışan rəsmi Ankara şiə qüvvələrin əməliyyatlarda iştirakına imkan verməyəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol