Menu

Türkiyənin Maliyyə Nazirliyinin 36 əməkdaşı həbs edilib

19.11.2016, 15:28
Türkiyənin Maliyyə Nazirliyinin 36 əməkdaşı həbs edilib

Türkiyənin Maliyyə Nazirliyində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 36 nəfər tutulub.“Report“ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ankara Təhlükəsizlik İdarəsinin Maliyyə Cinayətlərinə qarşı Mübarizə şöbəsi məlumat yayıb.

FETÖ-yə qarşı istintaq çərçivəsində nazirliyin 60 vəzifəlisi bu qruplaşma ilə əlaqədə şübhəli bilinib. Onların 36-sı barədə həbs qətiimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol