Menu

"Qəbələ" klubu növbəti qələbəsini qazanıb

19.11.2016, 17:02

qebele_fkQırmızı-qaralar liderliyini davam etdirir

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib. "Report"un məlumatına görə, açılış oyununda "Qəbələ" "Zirə"ni qəbul edib.

Qəbələ şəhər stadionundakı matça meydan sahibləri baş məşqçisiz çıxıb. Roman Qriqorçuk cəzalı olduğu üçün oyunu tribunadan izləyib. Lakin bu amil "qırmızı-qaralar"ın qələbə qazanmasına mane olmayıb. 52-ci dəqiqədə Filip Ozobiç uzaq məsafədən dəqiq zərbə ilə oyunda yeganə qolun müəllifi olub - 1:0.

"Qəbələ" minimal hesablı qələbə sayəsində xallarını 28-ə çatdırıb və liderliyini davam etdirib. Saat 18:00-da başlanacaq qarşılaşmada "Qarabağ" "Kəpəz"i yensə, "qırmızı-qaralar"ın liderliyinə şərik olacaq. Gəncə komandası qalib gəlsə, xallarını 15-ə çatdıracaq və 4-cü pilləyə yüksələrək, "Zirə"ni 1 pillə və 1 xal geridə qoyacaq.

Qeyd edək ki, turun daha 2 görüşü noyabrın 20-də olacaq. "Sumqayıt" "Neftçi"ni, "İnter" AZAL-ı qəbul edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol