Menu

Rusiya İsveçrəyə nota verib

19.11.2016, 23:50

Blick auf den Kreml in Moskau, den Sitz des russischen Präsidenten und das Markenzeichen der Stadt, RusslandRusiyanın İsveçrədəki səfirliyi İsveçrəyə məxsus qırıcı təyyarənin “Rossiya” xüsusi uçuş qrupunun təyyarəsinə yaxınlaşdığına görə bu ölkənin Federal Xarici İşlər Departamentinə etiraz notası verib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, səfirlik insidentlə bağlı təəccüb ifadə edib və məsələyə aydınlıq gətirilməsini xahiş edib. Məlumata görə, təyyarənin İsveçrə üzərindən uçuşuna əvvəlcədən razılıq alınmışdı.

Qeyd edək ki, Rusiya təyyarəsinə yaxınlaşan İsveçrə qırıcıları onu Fransa sərhədinədək müşayiət ediblər.

Rusiya təyyarəsinin göyərtəsində Asia Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində prezident Vladimir Putini müşayiət edən nümayəndə heyətinin üzvləri və jurnalistləri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol