Bu gün Türkiyə superliqasının 11-ci turunda bütün futbol sevərlərin diqqəti “Fənərbağça” – “Qalatasaray” oyununda olacaq.
"AzPolitika"nın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da start götürəcək. Oyunu FIFA referisi Cüneyt Çakır idarə edəcək.
Nəzərinizə çatdıraq ki, “Qalatasaray” 17 ildir Kadıköydə rəqibini məğlub edə bilmir.
“Aslanlar” sonuncu dəfə 1999-cu ildə "Fənər"i məğlub etməyi bacarıb.
Qeyd edək ki, “Fənərbağça”nın əsas oyunçularından Mehmet Topal cəzalı, Cermeyn Lens və Qreqori van der Viel isə zədəli olduqları üçün iştirak edə bilməyəcəklər.


Şərhlər