Menu

Sumqayıtda maşın ağaca çırpılıb - Sürücü ölüb

20.11.2016, 12:34
Sumqayıtda maşın ağaca çırpılıb - Sürücü ölüb

Səhər saatlarında Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində “Renault” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən Qismət oğlu Əliyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol