Menu

Tural Museyibov FHN-dən uzaqlaşdırılıb - Yeni vəzifəyə təyin olundu

21.11.2016, 16:47
Tural Museyibov FHN-dən uzaqlaşdırılıb - Yeni vəzifəyə təyin olundu

Dövlət Dəniz Administrasiyasına yeni mətbuat katibi təyin olunub. Modern.az-ın məlumatına görə, bu vəzifəyə keçmiş telejurnalist Tural Museyibov təyinat alıb. T.Museyibov bildirib ki, yeni işində media nümayəndələri ilə sıx əlaqədə işləməyə davam edəcək.

Qeyd edək ki, Tural Museyibov bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xitmətində və Muğan Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. Daha əvvəllər isə uzun müddət “Space” televiziyasında xəbər aparıcısı kimi fəaliyyət göstərib. Müseyibovun FHN-dən niyə uzaqlaşdırıldığı maraqlıdır.

Dövlət Dəniz Administrasiyasının bu təyinata qədərki mətbuat katibi Ərsalan Əliyev isə mətbuat katibi vəzifəsindən azad edilərək, Administrasiyada şöbə müdiri postuna təyinat alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol