Menu

ARDNŞ Gürcüstanın dini məbədlərində pulsuz qaz verəcək

05.05.2014, 15:17
ARDNŞ Gürcüstanın dini məbədlərində pulsuz qaz verəcək

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstan Patriarxiyası ilə saziş imzalayıb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, şirkət ilə Gürcüstanın Energetika Nazirliyi və Patriarxiyası arasında 2013-cü il oktyabrın 19-da tərtib edilmiş əməkdaşlıq haqqında protokola əsasən ARDNŞ qarşı tərəfin təqdim etdiyi siyahı üzrə bu ölkədə fəaliyyət göstərən dini ibadət ocaqları tərəfindən 2013-cü il noyabrın 1-dən 2014-cü il noyabrın 1-ə kimi məişət məqsədləri üçün istifadə olunan təbii qazın dəyərinin ödənilməsinə dair müqavilə imzalayıb.

Mayın 3-də ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədovun imzaladığı müqaviləyə görə, şirkət Gürcüstanın pravoslav kilsə və monastırları, həmçinin müxtəlif dini konfessiyalara (kilsə-monastır, məscid və sinaqoq) məxsus müəssisələr tərəfindən bir il müddətinə istifadə olunmuş təbii qazın haqqını öz hesabına ödəyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol