Menu

 Evdən ahıl ər-arvadın meyiti tapılıb - Lənkəranda + FOTOLAR

22.11.2016, 13:34
 Evdən ahıl ər-arvadın meyiti tapılıb - Lənkəranda + FOTOLAR

tovuz meyitLənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə şəhərin Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.

Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər iksinin ağzından qan axdığı bildirir.

Meyitlər müayinə üçün morqa aparılacaq.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol