Menu

Banklar hərracda aldığı dolları "qara bazar"a ötürür? - Satış yoxdur

22.11.2016, 19:02
Banklar hərracda aldığı dolları "qara bazar"a ötürür? - Satış yoxdur

Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracdan sonra “qara bazar”da dolların alış və satış qiymətiləri ciddi dəyişməyib.

“Marja”nın əldə etdiyi məlumata görə, hazırda “qara bazar”da dollar 1.77 manatdan alınır, 1.79 manatdan satılır. Valyutanı qanunsuz alıb-satanlar, satmaq üçün kifayət qədər dolların olduğunu bildirirlər.

Banklarda Dolların satış qiyməti maksimum 1. 7770 manatdır. Banklar dollar satmırlar.

Xəbər verdiyimiz kimi, 22 noyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilmişdir.

Mərkəzi Bankdan “Marja”ya daxil olmuş məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7091 məzənnəsi ilə başlamış və 1,7146 məzənnəsi ilə yekunlaşmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol