Menu

Vaşinqton Yanukoviçin oğurladığı pulları Ukraynaya qaytarmaq istəyir

05.05.2014, 15:44
Vaşinqton Yanukoviçin oğurladığı pulları Ukraynaya qaytarmaq istəyir

ABŞ-ın Ukraynadakı səfiri eks prezidentin çirkli yollarla yuduğu pulları geri qaytara biləcəkləri barədə bəyanat verib

Vaşinqton Viktor Yanukoviçin ölkəsindən oğurladığı pulları Ukraynaya qaytarmaq fikrindədir.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett Yanukoviçin çirkli yollarla yuduğu pulları geri qaytara biləcəkləri barədə bəyanat verib.

Səfir qeyd edib ki, çirkli pulların yuyulması problemləri qanunsuz sxemlərinin aşkar edilməsi ilə Vaşinqton və Ukrayna birlikdə məşğul olacaqlar.

“Biz istəyirik ki, Yanukoviçin vaxtında böyükmiqyaslı korrupsiya ilə məşğul olanlar bilsinlər ki, onlar Birləşmiş Ştatalarda sakit yer tapa bilməyəcəklər. Onlar həmçinin Londonda da bu yeri tapa bilməyəcəklər. Əsas odur ki, bu gün dünya bu hadisələrə başqa çür yanaşır. Mən yaxşı bilirəm ki, ukraynalıları nə gözləyir”, - deyə səfir fikirlərini açıqlayıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol