Menu

"AB Türkiyə ilə münasibətləri dondurmağa hazırlaşır" - TASS agentliyi

22.11.2016, 21:42

avropaAvropa Birliyi Türkiyənin ittifaqa üzvlüyü ilə bağlı danışıqları dondura bilər.

Bu barədə informasiyanı TASS agentliyi Avropa Parlamentindəki etibarlı mənbələrinə istinadən yayıb.

Mənbə gələn aya qədər AB-Türkiyə münasibətlərində irəlləyiş olmasa, Brüsselin Ankaraya qarşı sərt addımlar atmalı olacağını bildirib.

Qeyd edək ki, son günlər Türkiyə-Avropa Birliyi münasibətləri gərginləşib. Avropa ölkələri Türkiyəni insan haqlarının pozulmasında günahlandırır, Ankara isə Qərbi ikiüzlü siyasət yürütməkdə ittiham edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol