Menu

"Əl-Qaida" rəhbərlərindən biri Suriyada məhv edilib - Pentaqon

23.11.2016, 00:36

pentaqon-mainPiter Kuk əl-Məsrinin noyabrın 18-də məhv edildiyini açıqlayıb

ABŞ iddia edir ki, "Əl-Qaida" beynəlxalq terror qruplaşmasının yerli bölmələrindən birinin rəhbəri, Misir əsilli Əbu əl-Fərəc əl-Məsri Suriyada məhv edilib.

"Report" "TASS"a istinadən xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk belə bir iddia ilə çıxış edib.

Mətbuat katibi jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə bununla bağlı əməliyyatı "Əl Qaida"ya növbəti zərbə kimi qiymətləndirib. Piter Kuk əl-Məsrinin noyabrın 18-də məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, Pentaqon oktyabrın əvvəllərində də əl-Məsrinin məhv edildiyini xəbər vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol