Menu

Rektor oğlunun nazir müavini təyin edilməsinə reaksiya verdi

05.05.2014, 17:05
Rektor oğlunun nazir müavini təyin edilməsinə reaksiya verdi

Milli Məclisin üzvü, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov oğlu Tapdıq Əmiraslanovun fövqəladə hallar nazirinin müavini təyin edilməsinə münasibət bildirib. Ə.Əmiraslanov əməkdaşımızla söhbətində bildirdi ki, oğlu ilə bağlı yeni xəbəri Teleqraf.com saytından oxuyub: "Elə indicə sizin xəbərə baxırdım. Çox sevincli xəbərdir. Təbriklərinə görə, təşəkkür edirəm". Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Tapdıq Əhliman oğlu Əmiraslanov Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol