Menu

Ərdoğan erməniləri Qarabağdan çıxmağa çağırdı

23.11.2016, 15:33

recep_tayyip_erdogan_albom_1“Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır”

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib.

Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini xatırladan Ərdoğan bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlar əsl sahibinə yəni azərbaycanlılara qaytarılmalıdır: “Buranın əsl sahibi azərbaycanlılardır və onlar öz topaqlarına qayıdıb məskunlaşmalıdırlar. İşğalla nəyəsə nail olmaq olmaz. Türkiyə olaraq Qarabağın işğalının əleyhinəyik”.

Ərdoğan qeyd edib ki, ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.(azvision.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol