Menu

YAP Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib

05.05.2014, 18:41
YAP Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib

Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın sabiq üzvü, keçmiş deputat Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib.

Partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında hər şeyin hüquq çərçivəsində həll olunduğunu deyərək, məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını qeyd edib.

S. Novruzov G. Əhmədovanın yenidən YAP-a üzv ola biləcəyini də istisna etməyib: “Şərti azadlıq müddəti bitdikdən sonra müraciət edərsə, baxıla bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol