Menu

"Rostov" "Bavariya"nı məğlub etdi - Çempionlar Liqası - VİDEO

23.11.2016, 23:34
"Rostov" "Bavariya"nı məğlub etdi - Çempionlar Liqası - VİDEO

Görüş 3:2 hesabı ilə rusların xeyrinə başa çatıb

Rusiyanın "Rostov" klubu Çempionlar Liqasının qrup mərhələsinin V turunun ev oyununda Almaniyanın "Bavariya" kollektivini 3:2 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, "rostovlular"ın heyətində Sərdar Azmun (44-cü dəqiqə), Dmitri Poloz (50) və Kristian Noboa (67) fərqlənib. "Bavariya"nın qollarını Duqlas Kosta (35) və Xuan Bernat (52) vurub.

Beləliklə, "Rostov" Çempionlar Liqasının qrup mərhələsində tarixində ilk qələbəsini qazanıb. Bu qələbədən sonra Rusiya klubu xallarının sayını 4-ə çatdırıb və qrupun turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. "Bavariya" 9 xalla ikinci yerdə qalıb.

"Rostov" dekabrın 6-da keçiriləcək son oyunda səfərdə PSV ilə qarşılaşacaq, "Bavariya" isə evdə "Atletiko"nu qəbul edəcək.

Ростов - Бавария 3:2. Обзор матча. Групповой этап ЛЧ 2016/17. 5 тур. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol