Menu

Dollar bahalaşır - Valyuta hərracı

24.11.2016, 16:30
Dollar bahalaşır - Valyuta hərracı

Cümə axşamı Mərkəzi Bankın valyuta hərracında dollar yenidən bahalaşıb. Turan-ın məlumatına görə, hərrac 1 ABŞ dolları üçün 1,7146 məzənnəsi ilə başlayıb və 1,7196 məzənnəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Amerika dollarının məzənnəsin artması dollar defisiti fonunda baş verir. Bankların əksəriyyəti valyuta satışını dayandırıb ki, bu da "qara bazar"ın canlanmasına səbəb olur.

"Qara bazar"da dolları 1,80 manata alırlar və 1,81 manata satırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol