Menu

15 iyul gecəsi çevrilişçilər ABŞ ordusu baş qərargah rəisinə zəng ediblər - “Rejimi ələ keçirdik”

24.11.2016, 18:13
15 iyul gecəsi çevrilişçilər ABŞ ordusu baş qərargah rəisinə zəng ediblər - “Rejimi ələ keçirdik”

Türkiyədə 15 iyul gecəsi baş verən çevriliş cəhdi haqda yeni detallar ortaya çıxıb.Avropa.info xəbər verir ki, “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi həmin gecə qiyamçıların ABŞ ordusu Baş Qərargahına göndərdikləri mesaj haqda yazıb. Yazını təqdim edirik:

“15 iyul gecəsiBaş Qərargahın mətbuat xidmətini ələ keçirən qiyamçılar müxtəlif yerlərə zəng edərək TSK-nın (Türk Silahlı Qüvvələri) ölkədə hakimiyyət çevrilişi etdiklərini bildirmişdilər.

O gecə zəng vurulan şəxslərdən biri də ABŞ Baş Qərargah rəisi Cozef Danforddu. Qiyamçıların Danforda zəng etmək istəyini “BuzzFeed” yazarı Əli Vatkinsin yazısından öyrəndik. Həm də ABŞ ordusu Baş Qərargah rəisi Türkiyəyə rəsmi səfərə gəldiyi gün. ABŞ-dakı mənbələrim sayəsində yeni informasiyalar əldə etdim. Mətbuat xidməti ABŞ Baş Qərargahına zəng edincə Danfordun komandası telefonu götürmüş, amma telefon dəstəyində Hulusi Akarı deyil, qiyamçıların olduğunu öyrəniblər. ABŞ-a verilən ilk mesaj “Rejimi ələ keçirdik” olub.

Qiyamçılar bu mesajı verərək dəstək istəyiblər: “Sabah NATO-ya məxsus TSK nümayəndələrinin qovulacağı məlumatını aldıq. Sabaha qədər gözləsək, çox gec ola bilər. Sizə xəbərdarlıq edib məsləhətləşə bilmədik. Cəld tərpənmək məcburiyyətindəyik. Biz də hakimiyyəti ələ keçirdik. Dəstək gözləyirik”

Danfordun qərargahı mesajları qeydə alır, lakin ABŞ Baş Qərargah rəisi ilə telefon əlaqəsi yaratmırdılar. Danford həmin gecə Əfqanıstan səfərindən yorğun şəkildə qayıtmış, istirahət edirdi. Daha əvvəl gündəlik proqram xarici xəbərdar edildiyində sərt reaksiya verdiyi üçün onu oyatmaq istəmədikləri deyilir. Amma məsələ elə deyil. Ekspertlər Danfordun telefon danışığı aparmamasını onun çevriliş prosesinin bir hissəsi olmaq istəməməsi ilə izah edirlər. Bu sətirləri oxuyanda “ABŞ Baş Qərargahının, MKİ-nin xəbər yox imiş” cümləsi eşidirəm sanki”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol