saatlarında məhkəmə zalından azadlığa buraxılan Gülər Əhmədova artıq öz evindədir. Musavat.com-un əməkdaşı Məhəmməd Türkmənin verdiyi son məlumata görə, məhkəmə bunasını arxa qapıdan tərk edən Gülər Əhmədovanın yaşadığı evin qarşısına mətbuat nümayəndələri toplaşıblar.
Ancaq həmin bunanın mühafizə xidmətinin əməkdaşları jurnalistlərin həyətə daxil olmasına imkan vermirlər. Əslində, Gülər Əhmədovanın məhkəmə binasını arxa qapıdan tərk etməsinin əsas səbəbinin də məhz onun jurnalistlərlə üzləşmək istəməməsinin ola biləcəyi qətiyyən istisna deyil.
Lakin "Yeni Müsavat"ın müxbiri Sevinc Telmanqızı içəri keçə bilib və Gülər Əhmədovanı görüntüləyə bilib.
Bütün israrlara baxmayaraq, sabiq deputat mediaya müsahibə vermək istəməyib. Yalnız onu deyib ki, həbsdə olduğu müddət ərzində ona dəstək olanlara təşəkkür edir. Müxbirlərimiz Gülər xanımın görüntülərini fotoaparatın lentinə də ala biliblər. Lakin bunun üçün 1 saata yaxın dil tökməli olublar. Həbs edilməzdən öncə mətbuata açıq və yaxın olan G. Əhmədova nədənsə bu gün danışmağa və foto çəkdirməyə meyilli olmayıb.
Müxbirlərimizin çəkdiyi fotoları, eləcə də G. Əhmədovanın qardaşının işlədiyi televiziyanın - ANS-in fotolarını təqdim edirik.







Şərhlər