Menu

Şabranda 56 yaşlı qadını maşın vurub öldürüb

24.11.2016, 21:55
Şabranda 56 yaşlı qadını maşın vurub öldürüb

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Məmmədov Murad Elxan oğlu idarə etdiyi "Priora" markalı avtomaşınla piyada 1960-cı il təvəllüdlü Sirətova Rübabə Balakişi qızını vurub. Sürücü hadisədən sonra xəsarət alan şəxsi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol