Menu

Türkiyədə seçkilərin vaxtı açıqlandı

25.11.2016, 10:55
Türkiyədə seçkilərin vaxtı açıqlandı

Türkiyədə prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.

“Report” xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım TRT-yə müsahibəsində bildirib.

“Yeni konstitusiya ilə bağlı parlamentdəki işləri 2017-ci ilin yanvarın sonunadək tamamlayacağıq. Koalisya hökumətinin yaranması narahatlığını yaşamamaq üçün Türkiyədə bir partiyanın hakimiyyətini təmin edəcək sistemə ehtiyac var”, - deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, prezident və parlament üzvlərinin səlahiyyət müddəti 5 il olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol