O, Ukraynada rus separatçılarına kömək etdiyini etiraf edib
Ukraynanın eks prezidentinin kiçik oğlu Viktor Yanukoviç Facebook səhifəsində maraqlı qeyd yazıb.
Regionlar Partiyasından deputat seçilən oğul Viktor Yanukoviç qeyd edib ki, separatçılara kömək edir.
O, bu il 2 may faciəsi zamanı Odessada ziyan çəkən ailələrə yardım məqsədiylə çağırış edib: “Məni separatçıları maliyyələşdirməkdə günahlandırırlar, lakin heç vaxt belə bir iş görməmişəm. Lakin indi rəsmi şəkildə bəyan edirəm ki, mən Ukraynanın partriotlarına kömək ertmişəm”, - deyə oğul Viktor Yanukoviç bildirib.
Viktor Yanukoviç bu məqsədlə Ukraynada qarışılıqlıq salan separatçılara yardım üçün açılan bank hesabını da göstərib.


Şərhlər