Menu

Türkiyə ordusu Suriyada itki verib: 1 şəhid, 3 yaralı

26.11.2016, 09:00

turk sehidTürkiyə Ordusu Suriyada müxalif Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı çərçivəsində növbəti itki verib.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, Suriyada İŞİD terrorçularının hücumu zamanı 1 türk əsgəri şəhid olub, 3-ü yaralanıb.

Şəhid əsgərin cənazəsi və yaralılar Türkiyəyə gətirilib. Yaralılardan 2-i müalicə üçün Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Digər yaralı əsgər isə Qaziantep Universiteti Şahinbəy Araşdırma və Tətbiqi Xəstəxanasına aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol