Menu

"Avropa Birliyini Putin, Ərdoğan və Tramp kimi avtokratlar əhatə edirlər” - Keçmiş baş nazir

26.11.2016, 11:31
"Avropa Birliyini Putin, Ərdoğan və Tramp kimi avtokratlar əhatə edirlər” - Keçmiş baş nazir

Liberal baxışlı Avrodeputat və Belçikanın keçmiş baş naziri Gi-Verxofstdat avropalıları Avropa Birliyini Avropa dəyərlərinə təhlükə olan “avtokratlardan” qorumağa çağırıb. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı, Rusiya lideri Vladimir Putini və onların gələcək amerikalı həmkarı Donald Trampı avtokart adlandırıb.

Böyük Britaniyanın Avropa Birliyinin tərkibindən çıxmasına həsr olunmuş Strasburqda keçirilən plenar iclasda Avropa Parlamentinin adından danışıqları Gi-Verxofstdat aparır. Belçikanın keçmiş baş naziri bildirib: “Mənə elə gəlir ki, bizi daha çox avtokratlar əhatə edir. Bunlar Putin və Ərdoğandır. Bəli, Trampın ilk təyinatları məni çox narahat edir. Mən aydın şəkildə görürəm ki, ətrafımızda bizi dostlar əvəzinə, avtokratlar əhatə edir. Avropanın ətrafındakılar nəinki bir-birinə bənzəyirlər, həmdə onların ümumi nöqteyi-nəzərləri var.”

Onun fikrinə görə, onların hamısı Avropa dəyərlərini, Avropa dünya görüşünü və bu dəyərlərin daşıyıcısı olan Avropa Birliyinin özünü dağıtmaq istəyirlər. Belçikanın keçmiş baş naziri Gi Verxofstdat qəzəblə deyib: ”Vladimir Putin anti-Avropa əhval-ruhiyyəsi ilə köklənmiş populistləri, ekstremistləri və bütün Avropa ərazisindəki avrofobları açıq şəkildə maliyyələşdirir. Öz növbəsində Ərdoğan isə Avropadakı istənilən türk müxalifətini sıxışdırır. O ki, qaldı yeni seçilmiş Amerika prezidentinə, onun şübhəli təyinatları heç də xoş deyil.”

Məlumdur ki, Ceff Seşns baş prokuror vəzifəsini tutacaq, Mayk Pompeo Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edəcək, Maykl Flinn isə milli təhlükəsizlik məsələləri üzrə müşavir olacaq. Bu şəxslər haqqında Gi-Verxofstdat belə söyləyib: ”Bütün bu adamların adları son illərdə xəbərlər proqramında tez-tez səslənib. Onlar müxtəlif azlıqların ünvanına xoşagəlməz şərhlər veriblər.”

Bundan əlavə Avrodeputat ABŞ prezidenti Trampın gələcək müşaviri Stiven Bennon barəsində öz narahatlığını bildirib: ”O, Almaniya və Fransadakı seçkilərə təsir göstərərək, bu ölkələrdə ifrat sağçı informasiya saytı “Breitbart News”u işə salmaq istəyir. Biz Avropa Birliyinin tarixindəki bu əsas anda qorunmalıyıq. Artıq güclü, effektli və əsl siyasi ittifaqın qurulmsının vaxtıdır”.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol