Menu

«Fidel Kastronun ölüm günündə ABŞ Kubaya dost əli uzadır» - Barak Obama

26.11.2016, 22:51

Barak_Obama_140412_albom«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kuba inqilabının rəhbəri Fidel Kastronun vəfatı münasibətilə ABŞ Prezidenti Barak Obama bəyan edib ki, bu ağır gündə ABŞ Kubaya dost əli uzadır. Amerika Prezidenti Kastro ailəsinə başsağlığı verib.

Prezident qeyd edib ki, Fidel Kastronun ölümü həm kubalıların, həm də amerikalıların qəlbini güclü emosiyalarla doldurur və insanlara bir daha xatırladır ki, Kastro öz vətəninin həyatını kökündən necə dəyişib.

Yarım əsrdən artıq bir dövr ərzində Kuba və ABŞ arasında diplomatik münasibətlər qırılı qalıb. Bu münasibətləri yalnız ötən il Vaşinqtonun təşəbbüsü ilə bərpa etmək mümkün olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol