Menu

İranın "təcili tibbi yardım" vertolyotu Xəzərdə qəzaya uğradı

27.11.2016, 11:34
İranın "təcili tibbi yardım" vertolyotu Xəzərdə qəzaya uğradı

İranda baş verən vertolyot qəzası nəticəsində 5 nəfər həyatını itirib.Bu barədə Behşehr valisi Seyid Xalid Səccadiyə istinadən İranın IRINN dövlət televiziyası məlumat yayıb.

O bildirib ki, İran Milli Neft Şirkətinə məxsus "təcili tibbi yardım" vertolyotu bilinməyən səbəblərdən Xəzər dənizinə düşüb.

Səccadi, vertolyotun yaralı təxliyəsi üçün "Əmir Kəbir" neft platformasına getdiyini, platformadan qayıdanda dənizinə düşdüyünü deyib.

Vertolyotda olan 5 nəfərin həyatını itirdiyini deyən Səccadi, qəzanın səbəblərinin araşdırıldığını qeyd edib. ("Report")

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol