Menu

Şuşanın güllələnmiş icra başçısının oğluna vəzifə verildi

27.11.2016, 20:20
Şuşanın güllələnmiş icra başçısının oğluna vəzifə verildi

Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib.

Femida.az xəbər verir ki, 39-cu polis bölməsinin rəis müavini, polis mayoru Anar Məmmədov tutduğu vəzifəsindən azad edilərək Səbail rayonu 9-cu polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.

Onun yerinə 9-cu polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmış polis kapitanı Müşfiq Gözəlov təyinat alıb.

Xatırladaq ki, Müşfiq Gözəlov Şuşanın qətlə yetirilmiş keçmiş icra başçısı Mikayıl Gözəlovun oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol