Menu

İsrail və İŞİD ilk dəfə qarşılaşdılar - Ölənlər var

28.11.2016, 10:15
İsrail və İŞİD ilk dəfə qarşılaşdılar - Ölənlər var

İsrail ordusunun kəşfiyyat bölməsi Qolan təpələrində Suriya tərəfdən raket atəşlərinə məruz qalıb.

Trend-in Türkiyənin "Yeni Şəfəq" qəzetinə istinadən verdiyi məlumata görə, bunu İsrail ordusunun mətbuat katibi Aviçay Adree deyib.

Hərbi mənbələr bu hücumu İŞİD-ə bağlı "Yermuk şəhidləri" qruplaşmasının etdiyini və İsrailin döyüş təyyarələrinə Suriya tərəfdən atəş açıldığını bildirir.

İŞİD və İsrail arasında ilk dəfə qeydə alınan insidentdə İsrail tərəfinin itki vermədiyi, terror qruplaşmasının isə 4 üzvünün məhv edildiyi deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol