Menu

Saxta dollar dəyişdirmək istəyən qadın saxlanıldı

28.11.2016, 13:14

1422359092_bilesuvar-sakininden-kulli-miqdarda-saxta-pul-ashkar-edilib-cenubnewsBakıda bankda saxta dollar dəyişdirmək istəyən qadın saxlanılıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Həcər Əliyeva Nəsimi rayonu ərazisindəki banklardan birində 1 ədəd 100 dollarlıq saxta əskinası dəyişdirmək istəyərkən Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol